Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qış gecəsi Xocalıda üzləşib. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması xalqımızın yaddaşına əbədi həkk olunub.
Daha sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgiyə baxıblar. Sərgidə gənc bərpaçı-rəssam Fəridə Həsənlinin “Səssiz gələn düşmən” və heykəltəraş Eldar Həsənovun “Xocalı fəryadı” əsərləri də yer alıb. E.Həsənov çıxış edərək monumental kompozisiyası haqqında məlumat verib.
Lalə