Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Xarici əlaqələr və Avropa Birliyi koordinasiya idarəsi rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev və mərkəzin şöbə müdiri Nurəddin Babazadə 17-21 fevral tarixində Ankarada işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq idarə və şöbələrində görüşlər təşkil edilib, o cümlədən Xarici əlaqələr və Avropa Birliyi koordinasiya idarəsinin rəisi Ramazan Çokçevik ilə danışıqlar aparılıb.
Görüşlərdə mədəniyyət və turizm xidmətlərinin keyfiyyətin artırılması istiqamətində əməkdaşlıq, ixtisaslaşmış birgə təlimlərin keçirilməsi, habelə iki ölkənin gənc mədəniyyət işçiləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.