Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Qan yaddaşımız Xocalı” adlı sərgi keçirilib. Sərgidə 24 rəssamın faciəyə həsr olunmuş 44 rəsm əsəri nümayiş olunub.