Fevralın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq teatrının ifasında Zərəngiz Dəmirçi Qayalının “Xocalı” tamaşası nümayiş olunub.
Tədbirdə teatrın direktoru İntiqam Soltan və digər çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Xocalı faciəsi Xatın, Lidisa, Naqasaki, Hirosima soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı bir aksiyadır.
Sonra “Xocalı” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.