Fevralın 23-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Qanla yuyulan torpaq” adlı tədbir keçirilib.
Muzeyin direktoru Lalə Abaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva çıxış edərək 26 il əvvəl baş vermiş faciədən söz açıblar. Vurğulanıb ki, erməni silahlı dəstələrinin Xocalıda törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyət əleyhinə qanlı cinayətdir. Bu hadisə xalqımıza qarşı təşkil edilən yeganə soyqırımı faktı deyil. Tarixin müxtəlif dövrlərində də Azərbaycan türklərinin başına belə oxşar müsibətlər gətirilib.
Tədbir Suraxanı rayon Elxan Misirxanov adına 71 saylı orta məktəbin şagirdlərinin “Xocalım” adlı ədəbi kompozisiyasının təqdimatı ilə davam edib.
Lalə