Mayın 16-dan 25-dək davam edən 65-ci Kann kinofestivalında baş mükafatı - “Qızıl palma budağı”nı avstriyalı rejissor Mixael Hanekenin “Məhəbbət” filmi qazandı. Haneke bu zəfərlə yanaşı, iki dəfə “Qızıl palma budağı”na sahib olmuş rejissor kimi adını dünyanın ən nüfuzlu kino müsabiqəsinin tarixinə yazdı.
   Festivalın “Qran-pri” mükafatına (“Gümüş palma budağı”) Mateo Qarroninin “Reallıq” filmi layiq görüldü. Karlos Reyqadas sürrealist “Zülmətdən sonra işıq var” filminə görə ən yaxşı rejissor adına layiq görülüb. Ən yaxşı kişi aktyor “Hunt” filmindəki roluna görə danimarkalı aktyor Mads Mikkelsen seçilib. Ən yaxşı aktrisa mükafatı isə Rumıniyada çəkilən “Beyond the Hills” filminə görə Kristina Flutur və Kosmina Stratana təqdim olunub.
   “Cinefondation” kateqoriyasında ən yaxşı qısametrajlı ekran əsəri adını türk rejissor L.Rezan Yaşılbaşın “Səssiz” filmi qazanıb. Ən yaxşı tammetrajlı film debütü üzrə “Qızıl kamera” mükafatı isə Ben Zaytlin “Vəhşi Cənubun heyvanları” filminə verilib.
   Münsiflər heyətinin xüsusi mükafatına Ken Louçun “Mələklərin payı” filmi layiq görülüb. Ən yaxşı ssenariyə görə mükafat Kristian Muncuiyə (“Təpələrin arxasında” filminə görə) təqdim edilib.