Konsert proqramı təqdim olunub
   
   Salyan rayon Mədəniyyət mərkəzinin qarşısında Novruz bayramının - baharın ilk müjdəsini verən Su çərşənbəsi münasibətilə konsert proqramı təşkil edilib. Mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivləri - “Ənnə” folklor, “Muğan” rəqs qruplarının çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.