Dövlət başçısı martın 6-da Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkənin təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə bir qrup qadına “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.
Prezidentin digər sərəncamı ilə respublikamızın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup xanım “Tərəqqi” medalı ilə təltif edilib.