Martın 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat ilə görüşüb.
   Fonddan bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində fəaliyyətindən bəhs edib. Həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələrdən, xarici ölkələrdə təşkil etdiyi tədbirlərdən söz açılıb.
   S.Akat Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyətlərinin mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən məlumatlı olduğunu və bu səyləri yüksək qiymətləndirdiyini qeyd edib. O, Türkiyə-Azərbaycan Biznes Şurasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə uğurlu əməkdaşlığına inamını ifadə edib.
   Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həyata keçiriləcək birgə layihələr müzakirə olunub.