Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib. 
   Karikaturaçı Rəssamlar Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən təqdimatda Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, akademiyanın rəyasət heyətinin üzvləri Tahir Salahov, İqor Smirnov, Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun rektoru Aleksandr Lyubavin Bayram Hacızadənin karikatura sənətinin inkişafı və təbliğində xidmətlərini yüksək qiymətləndiriblər. Yaxın aylarda B.Hacızadənin Rusiya Rəssamlıq Akademiyasında sərgisi keçiriləcək.