Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist və hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Zakir oğlu Kərimovun faciəli şəkildə dünyasını dəyişməsi ilə bağlı mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Mətbuat Şurası adından yayılan nekroloqda qeyd olunur ki, Ə.Kərimov Şuranın formalaşmasında, qurumun fəaliyyət sənədlərinin hazırlanmasında böyük əmək sərf edib, Şuranın İdarə heyətində təmsil olunub. “O, hüququ və jurnalistikanı daim vəhdətdə saxlamağı, hər iki peşənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı. Əməksevərliyi, prinsipiallığı ilə həmkarlarının hörmətini qazanmışdı”, - deyə nekroloqda bildirilir.
Allah rəhmət eləsin.