Səudiyyə Ərəbistanında kinoteatrlar fəaliyyətə başlayıb
   
   Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı Krallığında 30 il əvvəl kinoteatrların fəaliyyətinə qoyulmuş qadağa ləğv edilib.
   Ölkənin Mədəniyyət və İnformasiya Nazirliyi martın 1-dən etibarən kinoteatrlara lisenziyalar verməyə başlayıb. 2030-cu ilədək 300-dən çox kinoteatrın fəaliyyət göstərəcəyi planlaşdırılır. Nümayiş olunacaq filmlər ciddi senzuradan keçiriləcək.