Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci il martın 15-də saat 11:00-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küçəsi, 1) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
əlaqələndirici şəxs |
əlaqə telefonu |
1 |
Gəncə şəhəri |
Sənan Hacıyev |
(0-22) 266-29-48 (050) 264-11-88 |
2 |
Naftalan şəhəri |
Zöhrab Adıgözəlov |
(0-22) 352-30-56 (055) 330-29-23 |
3 |
Goranboy rayonu |
Gündüz Hacıyev |
(022) 245-31-26 (050) 364-94-26 |
4 |
Samux rayonu |
Süleyman Əliyev |
(022) 275-11-39 (050) 687-58-43 |
5 |
Xocalı rayonu |
Ruslan Bəşirov |
(022) 247-47-31 (050) 584-07-09 |
6 |
Kəlbəcər rayonu |
Hacı Əmrahov |
(0-22) 267-50-19 (050) 441-84-82 |