Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Unlimited. Sərhədsiz incəsənət” forumunda ölkəmizi təmsil edib.
Britaniya Şurasının təşəbbüsü ilə keçirilən forumun açılışında Ukraynanın birinci xanımı Marina Poroşenko çıxış edərək əlil insanların aktiv ictimai həyata cəlb edilməsinin dövlət siyasətinin bir hissəsi olduğunu vurğulayıb və bu zəmində inklüziv layihələrin hazırlanmasının vacibliyini qeyd edib.
Panel diskussiyaları zamanı Leyli Mirzəyeva forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində danışma və eşitmə qabiliyyəti məhdud insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkili təcrübəsindən və bu layihənin uğurundan danışıb. Xatırladaq ki, inklüziv layihələr sırasında bu yaxınlarda Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud insanlar üçün də kino nümayişləri təşkil olunacaq.