Türkiyənin məşhur aktyoru, “Kurtlar Vadisi” teleserialında Ömər baba obrazı ilə yadda qalan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan əsərlərin (“Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi” və s.) müəllifi kimi tanınan yazıçı-dramaturq Tuncər Cücənoğlu Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, qonaqları direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın tarixi, inzibati binası, Azərbaycan Prezidentinin sərəncamı ilə aparılan təmir işlərindən sonrakı mövcud şərait ilə yaxından tanış olublar. Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın səhnəsində “Nuri-didə Ceyhun” tamaşasının məşqlərinə də baxıblar.