Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı rəhbərliyinin dəvəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova martın 13-də Minskdə çıxış edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənətçi P.Maskanyinin “Kənd namusu” operasında Santutsa rolunda səhnəyə çıxacaq.
Xatırladaq ki, A.Abbasova ötən mövsümdə Belarus teatrında Beynəlxalq milad festivalı çərçivəsində keçirilən qala-konsertdə, həmçinin C.Verdinin “Aida” operasında (Aida) və R.Leonkavallonun “Payatsı” operasında (Nedda) çıxış edib.