Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirliklərinin Əl-Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram Tamaşalar Festivalında və Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edib.
Teatrdan verilən məlumata görə, səfər zamanı T.Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim edilib.
Tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə səfər təəssüratlarını bölüşərkən deyib: “Hər iki səfərdə, Əl-Füceyradan sonra Dehli və Kəlküttədə həyəcan dolu və füsunkar günlər yaşadıq. Çox gözəl və məhsuldar səfər oldu. Tamaşamız maraqla qarşılandı. Aktrisa Kəmalə Hüseynovanın oyunu tamaşaçılarda möhtəşəm təəssürat yaratdı”.