Bolqarıstanın “Cross” nəşri və “Fokus” xəbər agentliyi Novruz bayramı barədə məlumat yayıb.
   Məlumatda Novruz bayramının tarixi, adət-ənənələri, su, od, torpaq, yel çərşənbələri barədə danışılır. Nəşrlər martın 16-da Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiyanın Mərkəzi Hərbi Klubunda bayramla əlaqədar Azərbaycan və bolqar musiqiçilərindən ibarət geniş konsertin keçiriləcəyi barədə də məlumat verir.
   Bildirilir ki, Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 21 mart tarixi isə Azərbaycan tərəfinin təşəbbüsü ilə 2010-cu ildə BMT-də Beynəlxalq Novruz Günü kimi tanınıb.