Martın 15-də Milli Kitabxanada milli mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı ilə əlaqədar kitab sərgisi açılıb.
   Kitabxanadan bildirilib ki, “Azərbaycanın milli bayramı - Novruz” adlı sərgidə bayramın tarixi, çərşənbələr, xalq arasında yayılmış adətlər, habelə bayram oyunları, xalq meydan tamaşaları, ayrı-ayrı mövsüm atributları ilə bağlı və digər mövzularda ədəbiyyatlar nümayiş olunur.
   On gün davam edəcək sərgi ilə hər kəs tanış ola bilər.