Azərbaycan Xalça Muzeyində ənənəvi olaraq keçirilən “Ailə günü” proqramı çərçivəsində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər təşkil olunacaq.
   Muzeydən bildirilib ki, bu tədbirlər bayram tətili günlərində davam edəcək. Məqsəd Bakı sakinlərinə və şəhərimizin qonaqlarına Azərbaycan milli-mədəni irsini, mənəviyyatımızı təbliğ etməkdir.
   “Öyrən və əylən” rubrikasında uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı məlumatlar veriləcək. 
   Xatırladaq ki, hər ayın son şənbə günü Azərbaycan Xalça Muzeyində “Ailə günü” təşkil edilir. Həmin gün muzey tərəfindən ziyarətçilərə, xüsusilə uşaqlara maraqlı tədbirlər proqramı təqdim olunur.