Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Asudə vaxt mərkəzində “Speak Like Ali” layihəsinin ilk rəsmi filialının açılışı olub.
   Baş idarədən bildirilib ki, kursun əsas məqsədi əhalinin, xüsusən də gənc nəslin ingilis dilində sərbəst danışığa və gözəl nitqə yiyələnməsidir. 
   “Speak Like Ali” kurslarında təhsil almaq istəyən hər bir şəxs üçün tədris proqramı xüsusi olaraq tərtib edilir. Məşğələlər istəkdən asılı olaraq həm qrup, həm də fərdi şəkildə keçirilir. Təqdimatı kursun rəhbəri Əliseyfəl Quliyev açaraq iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Sonra kursun tələbələri çıxış ediblər.
   Qeyd edək ki, H.Abbasov adına Mədəniyyət evində start götürən “Speak Like Ali” layihəsi böyük maraqla qarşılanıb və yaxın zamanlarda Bakı şəhərinin digər mədəniyyət müəssisələrində filiallarının açılışı nəzərdə tutulub.