Hər il olduğu kimi, bu il də İçərişəhərdəki Tahir Salahovun ev-muzeyində Novruz bayramına həsr olunmuş “Çərşənbə” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyası ilə birgə təşkil olunub.
   Gimnaziyanın şagirdləri Novruz bayramını özündə əks etdirən səhnəciklər təqdim edib, milli rəqslərimizi ifa edib, mahnılar oxuyublar.