Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbində Novruz şənliyi keçirilib. Şənlikdə nazirliyin, Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə qonaqlar “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra məktəbin dram dərnəyi üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olunub. Novruz bayramının adət-ənənələrini əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.