Məşhur Hollivud ulduzu Aziya Arcanti “Bakı, mən səni sevirəm!” kinolayihəsinin çəkilişlərində iştirak məqsədilə iyunun 29-da Azərbaycan paytaxtına gəlib. Layihənin mətbuat katibi Şahnaz Abdullayeva bildirib ki, artıq Rusiya, Belarus, Litva, Portuqaliya, Böyük Britaniya kimi ölkələrin aktyorları, aktrisaları və rejissorları çəkilişlərdə iştirak ediblər. Yaxın günlərdə layihənin çəkilişlərində iştirak etmək üçün İtaliyadan və qardaş Türkiyədən də ulduzların Bakıya gəlişi gözlənilir.
   “Bakı, mən səni sevirəm!” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski və Nadir Maçanovdur.
   Kinolayihə 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Artıq “Bakı, mən səni sevirəm!” kinolayihəsinin 8 filminin çəkilişləri yekunlaşıb.