Parisdəki Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) 2007-ci ildən ənənə halını alan “Türk dünyasının mədəniyyət günü” keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizin stendi də təşkil olunub.
İNALCO-da Azərbaycan dilini öyrənən tələbələrin hazırladığı stenddə ölkəmizin tarixi və mədəniyyətinə dair Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Azərbaycanın Fransadakı səfirliyinin instituta bağışladığı nəşrlər, disklər, milli xalça və geyim nümayiş etdirilib.
İNALCO-da dilimizi öyrənən tələbələr və dilimizi tədris edən Aygün Eyyubova stendimizin ziyarətçilərinə ölkəmiz haqqında məlumat veriblər. Ziyarətçilərə kitablar, broşürlər, disklər hədiyyə edilib.