Martın 16-da Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, görkəmli ictimai xadim Məmməd Səid Ordubadinin (1872-1950) xatirəsinə həsr olunmuş tədbir keçirildi.
   Ədibin xatirə muzeyində gerçəkləşən tədbirdə çıxış edən direktor, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə yazıçının həyat və yaradıcılığından söhbət açdı, onun Azərbaycan ədəbiyyatına qiymətli nəsr nümunələri bəxş etdiyini bildirdi. 
   Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy Ordubadinin əsərlərinin bu gün də gənc nəsil üçün örnək olduğunu vurğuladı. Qeyd olundu ki, müəllifin “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Döyüşən şəhər”, “Gizli Bakı” və digər əsərləri tarixi əhəmiyyətini itirməyib. 
   Sonda tədbir iştirakçıları muzeyin eksponatları və yazıçının kitablarının sərgiləndiyi guşə ilə tanış oldular.
   
   Lalə