Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİRK) sədri Cəmilə Səttarova Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb.
Görüş zamanı teatrda yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb. Sonda milli teatr sənətinin inkişafında xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə teatrın əməkdaşları - Nübar Novruzova, Vahid Əliyev, Bəxtiyar Kərimov, Ələsgər Qurbanəliyev, Rəzzaq Məmmədov, texniki işçilər Dürdanə Şükürova, İradə Mirişli, Esmira Mirzəyeva və Bəhmən Rzayev fəxri fərmanla təltif olunublar.