Bakı Dövlət Sirkində martın 16-da başlanan “Baharın 18-ci anı” adlı proqram başa çatıb.
İlk dəfə Bakıda çıxış edən Nikaraquanın sirk ulduzu Filip Delqado tamaşaçılara xoş anlar yaşadıb.
On gün davam edən proqramda tamaşaçılara ekzotik və yırtıcı heyvanlar, cəsarət çarxı, möhtəşəm illüziya şousu, jonqlyorun, kəndirbazların, “Run to infinity” akrobatlar qrupunun, şən klounların çıxışları, hava nömrələri, kordebalet, qeyri-adi işıq və lazer effektləri və digər nömrələr təqdim edilib.