Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə ilk dəfə azərbaycanlı yeniyetmənin - Reyhan Camalovanın adı daxil edilib.
“Forbes”in hesabatında ən gənc ixtiraçılardan biri kimi yer alan R.Camalova Bakıdakı “İstək” liseyinin şagirdidir. Onun hazırladığı yağış suyundan enerji istehsal edən “Reynerci (Rainergy)” qurğusu jurnalda ən diqqətçəkən ixtiralardan biri kimi qeyd olunub.