Tbilisidə ilk dəfə "Taoba" (gürcü dilində "Nəsil") beynəlxalq gənclər festivalı keçiriləcək. Martın 29-dan aprelin 2-dək davam edəcək festival Cənubi Qafqaz ölkələrinin dövlət müstəqilliyinin 100 illiyinə həsr olunub. Gürcüstanın Mədəniyyət və Təhsil Fondunun təşkilatçılığı, Mədəniyyət və Gənclər Nazirliyinin, ABŞ-ın Gürcüstandakı səfirliyinin, Tbilisidəki Fransa və Höte institutlarının dəstəyi ilə keçiriləcək kinofestivalda 13 yaşdan 18 yaşadək şəxslər iştirak edə bilər.