Qazaxıstan ictimaiyyəti Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti barədə məlumatlandırılıb
   
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın “Egemen Qazaqstan” rəsmi dövlət qəzetinə müsahibə verib.
   “Türk dünyasını birləşdirən bir addım” adlı müsahibədə Günay Əfəndiyeva Fondun məqsədi, fəaliyyəti, layihələri barədə danışıb.
   Türkdilli dövlətlərin ortaq dil, mədəniyyət, ənənələrlə bir-birinə bağlı olduğunu bildirən Fondun rəhbəri deyib ki, buna baxmayaraq bir-birimiz haqqında az məlumatlıyıq. Buna görə də türkdilli ölkələr, xalqlar bir-birinə daha da yaxınlaşmalıdır.
   Günay Əfəndiyeva Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanının əhəmiyyətini qeyd edib. Bildirib ki, bu addım yalnız Qazaxıstan üçün deyil, Türk dünyası üçün də faydalı olacaq, gələcəkdə türk xalqlarının yaxınlaşmasına töhfə verəcək. 
   Fondun rəhbəri Azərbaycanda latın qrafikasına keçidin ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış fərmanla 2001-ci ildə rəsmən başa çatdığını xatırladıb.