Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının iclası keçirilib
İyulun 17-də Dövlət Film Fondunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dördüncü iclası keçirilib. İclasda kino işçilərinin peşə bayramına, 2 Avqust - Azərbaycan Kinosu Gününə hazırlıq işləri müzakirə edilib. Xalq artisti, görkəmli aktyor Yaşar Nurinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə təltif edilməsi barədə qərar qəbul olunub. İclasda həmçinin fəxri adlara təqdimat, İttifaqın əsasnaməsi, strukturu və üzvlüyə qəbul məsələləri müzakirə edilib.