Prezident İlham Əliyev aprelin 2-də Xalq yazıçısı Mövlud Süleymanlının (Mövlud Süleyman oğlu Balakişiyevin) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Yazıçı Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. 
   Dövlət başçısının digər sərəncamı ilə Milli Kulinariya Mərkəzinin direktoru Tahir İdris oğlu Əmiraslanov Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.