Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesinin növbəti tamaşası nümayiş olunub. Əsər ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın faciəli həyat həqiqətlərindən bəhs edir.
Əvvəlcə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, dramaturq Əli Əmirli və teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək 1918-ci il soyqırımından danışıblar.
Sonra tamaşa göstərilib. Səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayevadır. Rolları Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva və başqaları ifa ediblər.