Misirin “Nil Mədəniyyət” dövlət televiziya kanalında “Mənim gecəm” adlı proqramda Azərbaycan haqqında veriliş yayımlanıb. 
   Verilişin qonağı olan “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov ölkləmizdəki multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır.
   S.Nəsirov Azərbaycanın turizm potensialı, Novruz bayramı adət-ənənələrindən də danışıb.