“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” bədii filmi 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət alıb. Festival bu ilin mayında Koreya Respublikasının paytaxtında keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsərinin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.