Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi 2 aprel - Beynəlxalq uşaq kitabı günü ilə əlaqədar nağıl otağında ”Uşaqları kitabla böyüdək” adlı nağıl saatı keçirib.
Şöbənin müdiri Firəngiz Abdıyeva gün haqqında məlumat verib. Bildirib ki, bu günü qeyd etməkdə məqsəd kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. Kitabxanaçı Rahidə Kazımova uşaqlara müxtəlif mövzularda nağıllar oxuyub. Sonda uşaqlar vətən, ana, müəllim, kitab haqqında şeirlər söyləyiblər.
* * *
Beynəlxalq uşaq kitabı günü münasibətilə Qax rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi balaca oxucularla görüşlər keçirib. Şöbənin əməkdaşları şəhərdə fəaliyyət göstərən uşaq bağçalarında “Nağıl saatı”, “Ucadan oxu” təşkil ediblər. Uşaq şöbəsinin fondunda 12 min nüsxədən çox kitab var.