Qırğızıstanın “AKİpress” agentliyi məlumat verib ki, ölkə paytaxtında artıq ənənəyə çevrilmiş “Musiqili Erkindik» festivalının builki ilk tədbiri aprelin 14-də keçiriləcək. Həmin gün Bişkekin ən gözəl istirahət məkanlarından sayılan Erkindik bulvarının müxtəlif guşələrində musiqiçilər solo və qrup şəklində açıq havada çıxış edəcəklər. Paytaxt əhalisi və şəhərin qonaqlarını musiqi dinləməklə yanaşı, gənc və həvəskar fotoqrafların əsərlərindən ibarət sərgi ilə də tanışlıq gözləyir. 
   
   Gülcahan Mirməmməd