Martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Prezident İlham Əliyev aprelin 9-da cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq bu tarixin Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, 27 mart 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası fəaliyyətə başlayıb. SSRİ-nin müsəlman respublikaları arasında ilk Elmlər Akademiyası Azərbaycanda yaranmışdı.