Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakov iyunun 1-də Bakıdakı Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər. Proqram klassik musiqisevərlər üçün harmonik və unikal səslər, bənzərsiz ifalar dinləmək imkanı yaradacaq.
   Heydər Əliyev Mərkəzindən bildirilib ki, Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim edəcəklər. Bəzi əsərlər duet şəklində ifa olunacaq. Solistləri Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.