Şəkidə Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında eyniadlı filmin çəkilişləri davam edir. Çəkilişlər üçün “Yuxarıbaş” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən XVIII əsrə aid memarlıq abidəsi, qala divarları və Yuxarı Karvansaray kompleksi seçilib. Sonra çəkilişlər Qaxda, Qobustanda, Bakıda, Türkiyədə aparılacaq.
   Filmdə Mahmud rolunu türkiyəli aktyor Aras Bulud, Məryəm rolunu qazaxıstanlı Yeva Dedova oynayırlar. Mahmudun atası Ziyadxanı Xalq artisti Fəxrəddin Manafov, anası Qəmərbanunu Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova canlandırırlar. Eyni zamanda, filmdə bir çox tanınmış aktyorlar rol alıblar. Şəkidəki çəkilişlərdə epizodik rollara yerli sakinlər də cəlb olunublar. Ekran əsərinin rejissoru Mehmet Ada Öztekindir.