Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.
Rusiyalı arxeoloqlar əvvəlcə müəssisənin ekspozisiyası ilə tanış olublar. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə aparılan sualtı tədqiqatlardan bəhs olunub. N.Vəlixanlı muzeyin 1968-1986-cı illərdə apardığı sualtı arxeoloji tədqiqatlar barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Qonaqlara muzeyin nəşrləri təqdim edilib.