Qax MKS-nin təşkilatçılığı ilə aktyor İsmayıl Dağıstanlının xatirə muzeyində Azərbaycan kinosunun 120 illiyi və görkəmli aktyor Həsənağa Turabovun anadan olmasının 80 illik yubileyi münasibətilə “Azərbaycan kinosu və kino inciləri” adlı dəyirmi masa keçirilib.
   Tədbirdən öncə muzeydə İsmayıl Dağıstanlının həyat və yaradıcılığını əks etdirən eksponatlara, “Azərbaycan kinosu 120” və “Əfsanəvi Həsənağa Turabov” adlı sərgilərə baxış olub.
   Qax MKS-nin direktor müavini A.Əfəndiyevanın apardığı tədbiri muzeyin direktoru A.Zehirov açıb. MKS-nin direktoru G.Əhmədova və digər çıxış edənlər Azərbaycanın kino tarixindən, ölməz aktyor Həsənağa Turabovun sənətkarlıq məziyyətindən söz açıblar. Mövzuya dair məruzələr dinlənilib, videoçarxlar nümayiş olunub.