Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyniadlı filmin Azərbaycanda aparılan çəkilişləri başa çatıb. 11 gün ərzində Şəki, Qax, Qəbələ və Bakıda gərgin çəkilişlər aparılıb. Azərbaycan və Türkiyənin birgə işi olan “Mahmud və Məryəm” tammetrajlı filminin ölkəmizdəki son çəkilişləri İçərişəhərdə yerləşən “Karvansaray”da reallaşıb. Bundan sonra filmin əsas hissələri Türkiyədə lentə alınacaq.
Film Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən istehsal olunur. Ekran əsərinin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekindir.
Film Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən istehsal olunur. Ekran əsərinin prodüseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekindir.