Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə müxtəlif mövzularda metodiki vəsaitlərin hazırlanması davam etdirilir. İndiyədək 60-dan çox metodiki vəsait hazırlanaraq işıq üzü görüb. Bu dəfə yeddi adda metodiki vəsait çapdan çıxıb.
“Turizm biznesinin avtomatlaşdırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu” adlı tövsiyədə müasir dövrdə İKT-nin cəmiyyətin inkişafına təsirindən bəhs edilir.
“Sumqayıt Şəhərinin Tarixi Muzeyinin nümunəvi iş təcrübəsi əsasında” hazırlanmış metodiki tövsiyə muzeylərin fəaliyyət istiqamətinə həsr edilib.
Digər vəsait “Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları” adlanır.
“Özfəaliyyət dərnəkləri üçün musiqi tərtibatı işinin əsasları” adlı metodiki tövsiyədə musiqi tərtibatının hazırlanmasından, rejissor və bəstəkar işinin birgə aparılmasından bəhs olunur.
“Klub işinin təşkili” adlı metodiki tövsiyədə klub işinin təşkilində informasiya-maarifçilik fəaliyyətinin rolu, klub işinin forma və metodları göstərilib.
Bundan əlavə, “Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klubların yaradılmaları üçün nümunəvi iş planı” və klub işi, dərnəklər, həvəskar birliklər və digər maraq klublarının yaradılması qaydalarından bəhs edən metodiki tövsiyələr nəşr olunub.
Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi, yerlərdə təqdimatları nəzərdə tutulub. Vəsaitlərlə mərkəzin saytında (www.memm.az) tanış olmaq olar.