İyunun 27-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və bu ölkənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
   Tarix İnstitutundan bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Elmi konfransda iştirak etmək istəyənlər 8-10 səhifə həcmində məqalələrinin elektron variantlarını mayın 10-dək cumhuriyyetkonfransi@gmail.com ünvanına göndərməlidirlər. Daha ətraflı məlumat üçün Təşkilat komitəsinə müraciət etmək olar.