Quba rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsi Quba Texniki təmayüllü liseyində “Turizm yeni perspektivlər vəd edən inkişaf sahəsidir” adlı tədbir keçirib. Tədbirdə Mərkəzi kitabxananın şöbə müdiri Mehriban Məmmədova, lisey direktorunun müavini Nübar Qəniyeva mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanda son illər turizm sürətlə inkişaf edir, ölkəyə gələn xarici qonaqların sayı artır, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlər görülür.
Mərkəzi kitabxananın əməkdaşı Rübabə Hacıbəyova “Quba - gəzməli, görməli diyar” adlı məruzəsində bölgənin turistik imkanları, tarixi-mədəni irsi və təbii gözəllikləri barədə söz açıb.