Ağsu rayonunun Bico kəndində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Toğrul Habil oğlu Fərəczadənin ev-muzeyi yaradılıb. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib. Müsbət cavab alındıqdan sonra işlərə başlanılıb.
Muzeyin ideya müəllifi və layihə rəhbəri gənc yazar Rəfiqə Rafiqqızıdır, təşkilati işləri jurnalist Samir Əli həyata keçirib.
Şəhidin evində iki otaqda yaradılan muzeydə onun şəxsi əşyaları, ona həsr edilmiş kitablar, ömür yolunu əks etdirən fotostend sərgilənir. Muzeydə Toğrul Fərəczadənin gənc heykəltəraş Vüqar Quliyev tərəfindən hazırlanan barelyefi və gənc rəssam Çingiz Mehbalıyev tərəfindən kətan üzərində çəkilmiş portreti də sərgilənir.