Mayın 1-dən 6-dək Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin birgə layihəsi olan "British Film Spring" festivalı keçiriləcək.
Bu il dördüncü dəfə təşkil olunan festivalda kinosevərlər yeni Britaniya filmləri ilə tanışlıq imkanı qazanacaqlar.
Ümumilikdə səkkiz film nümayiş olunacaq: "Bizdən ötrü nəfəs al", "Dafna", "Görmə qabiliyyətinin itirilməsinə dair qeydlər", "Devid Boui", "Tutqun işıqlar şəhəri", "İngiltərə mənimdir", "Baxıcı" və "Əyri ev".
Kino bayramı həm də ingilis danışıq dilini təkmilləşdirmək istəyənlər üçün yaxşı fürsətdir. Çünki filmlər ingilis dilində nümayiş olunacaq. Yalnız açılışda göstəriləcək "Bizdən ötrü nəfəs al", "Dafna" və "İngiltərə mənimdir" filmləri Azərbaycan dilində alt yazılarla təqdim ediləcək. Seanslara biletin qiyməti 2 manatdır.