Avqustun 17-də Rusiyanın Birinci kanalının efirində "Muslüm Maqomaev. Serdüe na snequ" (“Müslüm Maqomayev. Qar üstündə qəlb”) sənədli filminin təqdimatı keçiriləcək. Həmçinin kanalda əfsanəvi ifaçıya həsr olunmuş “Dostoənie Respubliki” (“Respublikanın sərvəti”) verilişi efirə gedəcək.
Veriliş avqustun 17-si Moskva vaxtı ilə saat 21:30-da təqdim ediləcək. Sənədli film saat 23:00-da nümayiş etdiriləcək. Tamaşaçılar filmin təkrarına avqustun 18-i saat 10:55-də baxa bilərlər.